22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

22 yaşında müraciət etdiyi işdən yarım əsr sonra cavab alan qadın - FOTO

Demək olar ki, hamımız böyük ümidlərlə işə müraciət etməyi, hətta mənfi və ya müsbət cavab almamağı da yaşamışıq. “Niyə işə götürmədilər”, “niyə cavab vermədilər” deyə uzun müddət düşünmüşük.

Sfera.az bildirir ki, İngiltərənin Linkolnşir bölgəsində yaşayan 70 yaşlı Tizi Hodson hamımızın yaşadığı bu hadisə ilə 22 yaşında qarşılaşıb. Amma bir fərqlə:
70 yaşlı Tizi Hodson 22 yaşında iş üçün müraciət edib. Qadına cavab 48 il sonra gəlib.

1976-cı ildə, 22 yaşında ikən Hodson bir şirkətə motosiklet akrobatı kimi işləmək üçün müraciət edərək, məktub göndərib.

Hodson böyük arzularla müraciət etdiyi bu işdən heç bir cavab almayıb və hər zaman niyə geri dönüş olmadığı ilə maraqlanıb.

48 il keçdikdən sonra Hodson məktub alanda həyatının şokunu yaşayıb. Yarım əsr sonra 70 yaşı olan Hodson müraciət etdiyi işdən cavab alıb.
 

Məlum olub ki, Hodsonun iş ərizəsi poçt şöbəsində dolabın arxasına düşüb və müraciət etdiyi şirkətə belə çatmayıb.

 

Hodsonun illər sonra ona göndərdiyi öz məktubunda poçt şöbəsi tərəfindən aşağıdakı qeyd edilib:


“Stayns poçt şöbəsindən gec göndəriş. Dolabın arxasında tapılıb. Cəmi 50 il gec”.
 

“Bu məni çox üzdü. Həmişə fikirləşirdim ki, niyə bu barədə heç bir xəbər yoxdur. İndi bilirəm”-deyən qadın, illərdir davam edən sirrin açıldığını bildirib.
 

Ərizəsinə cavab ala bilməməsi Hodsonun karyerasına heç vaxt mane olmayıb. Başqa işlərə müraciət edən Hodson dünyanı gəzib. O, ilan və at təlimçisi işləyib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...