Cahangir Əsgərov yenidən Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib

Cahangir Əsgərov yenidən Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib

 Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-nin üzvləri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandıqlarını vurğulayan nazir müavini deyib ki, Azərbaycanda 2016-cı ildə Avropa və dünya çempionatları, həmçinin digər beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib. İl ərzində idmançılarımız Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə ümumilikdə 837 medal qazanıblar.

AAAF-nin vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib. O, infrastruktur məsələlərinin qısa müddətdə həll olunduğunu, idmançılar üçün ən yüksək şəraitin yaradıldığını qeyd edib. T.Heydərov Azərbaycanda idmanın bu növü üzrə turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Mandat komissiyasının adından çıxış edən baş katib Rizvan Rəsulov ölkəmizin bütün regionlarından nümayəndələrin konfransa dəvət olunduğunu deyib. O, 68 nəfərin qeydiyyatdan keçərək səsvermə hüququ əldə etdiyini diqqətə çatdırıb.

Sonra Federasiyanın prezidenti vəzifəsinə səsverməyə keçilib. Seçkidə yeganə namizəd olan AAAF-nin prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib.

Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb. Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər. Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "AAAF Holding"in prezidenti Tofiq Heydərov, "AAAF İnşaat MMC"nin baş direktoru Ruslan Xanverdiyev federasiyanın vitse-prezidentləri, "Zirvə" beynelxalq idman klublarının direktoru Rizvan Rəsulov növbəti 4 il müddətinə baş katib vəzifəsinə seçilib./report.az/


OXŞAR XƏBƏRLƏR

"Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT

Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyy...

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti m...

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum oldu

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.   Sfera.az xəbər verir ki, gündəliyə 13 məsələ daxil edilib.   Həmi...

İnsult keçirən Fatma Mahmudova yenə xəstəxanalıq oldu

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib.   Sfera.az xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudov...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  ...

Azərbaycanda film kimi OĞURLUQ: 10 kiloqram qızılı belə gizlətmək istədilər

Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasə...