ŞOK! Nənə nəvəsini "ağıllı" etmək üçün falçıya 8 MİLYON VERDİ - FOTOLAR

ŞOK! Nənə nəvəsini
Moskvada qəribə hadisə baş verib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, yaşlı qadın nəvəsinin daha ağıllı olması üçün ekstrasenslərə sərvət ödəyib.
Məlumata görə, Rusiya kimya-texnologiya universitetində təhsil alan 23 yaşlı Ani adlı gənc qızın atası Əmlak Nazirliyində çalışır. Ailə imkanlı olsa da qız yaxşı oxuya və dərslərini tam qavraya bilməyib.
Nəvəsinin dərdinə kədərlənən 81 yaşlı nənə isə qızın sessiyaları yaxşı bitirməsi və universitetdə "5"lə oxuması üçün yollar axtarmağa başlayıb.
Radioda ekstrasens haqqında eşidən nənə ondan kömək istəmək qərarına gəlib. Göstərilən telefona zəng edən Lidiya adlı qadın sevimli nəvəsinin problemindən danışıb və cadugərdən nəvəsini daha "ağıllı" etməsini istəyib.
Falçı isə uzaqdan xidmət göstərəcəyini və nəvənin mütləq "ağıllanacağını" deyib. Yaşlı qadın falçının hesabına 8 milyon rubl (təqribən 132 min dollar) köçürüb. Naməlum şəxs qadına nəvəsinin çox ağıllı olduğunu, onun gələcəyini yaxşı gördüyünü, amma paxıllıq edənlərin olduğunu deyib.
Amma qızın dərsləri 3 ay ərzində heç cür düzəlməyib. Səhvini başa düşən qadın baş verənləri oğluna danışıb. Bundan sonra ailə başçısı polisə müraciət edib.
İndi polis 8 milyona gənc qızı "daha ağıllı" etməyə çalıçan ekstrasensi axtarır.
ŞOK! Nənə nəvəsini ŞOK! Nənə nəvəsini

OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...