“Starship” beşinci sınaq uçuşunu uğurla tamamladı

“Starship” beşinci sınaq uçuşunu uğurla tamamladı

“SpaceX” Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş raketin birinci mərhələsini buraxılış kompleksinə uğurla endirməyi bacarıb.

 

Sfera.az xəbər verir ki, 33 raptor mühərriki ilə təchiz olunmuş dünyanın ən böyük raketi olan “Starship” beşinci sınaq uçuşu ilə Texasın cənub-şərqindəki Boka Çikada “SpaceX”in “Starbase” buraxılış meydançasından havaya qalxıb.

 

Uğurlu uçuşdan sonra “Super Heavy” daşıyıcı raketi tarixində ilk dəfə buraxılış kompleksinə enib. Eniş zamanı raptor mühərriklərinin bir hissəsinin partlamasına baxmayaraq, “SpaceX” mühəndisləri daşıyıcını 140 metr hündürlükdəki Meçazilla qülləsinə çatdıra biliblər.

 

Qeyd edək ki, əvvəlki buraxılış iyun ayında həyata keçirilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...