Maştağada kişi öldürüldü - 21 yaşlı gənc saxlanıldı

Maştağada kişi öldürüldü - 21 yaşlı gənc saxlanıldı

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR