ABŞ-da qasırğadan zərər çəkənlərə 612 milyon ayrıldı
Dünya
21:57 / 13.10.2024
8957
Amerika administrasiyası “Milton” və “Helen” qasırğalarının fəsadlarının aradan qaldırılması üçün 612 milyon dollar ayırır.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Floridada çıxışı zamanı bildirib.
“Cəmi bir neçə gün ərzində 2 milyondan çox insan üçün elektrik enerjisi bərpa olundu. 43 ştatdan və Kanadadan on minlərlə kommunal xidmət işçisi fasiləsiz işləyir, bu gün qürurla elan edirəm, “Helen” və “Milton” qasırğalarından zərər çəkmiş icmaları dəstəkləmək üçün altı yeni qabaqcıl layihəyə 612 milyon dollar ayrılıb”, - deyə dövlət başçısı qeyd edib.