III Dünya müharibəsinin ssenarisi açıqlandı: Rusiyaya 3 gün kifayət edəcək

III Dünya müharibəsinin ssenarisi açıqlandı: Rusiyaya 3 gün kifayət edəcək

Publika.az xəbər verir ki, kitabda Rusiyanın bir neçə gün ərzində Ukrayna və Baltikyanı ölkələri tutacağı bildirilir.

Generalın fikrincə, NATO və Rusiya müharibəyə yaxındır. O, kitabında yazır ki, NATO Rusiyanın ildırımsürətli hərəkətlərinə operativ reaksiya verə bilməyəcək və Moskva dünyanı nüvə müharibəsi təhlükəsi qarşısında qoya bilər.

Şirreffin kitabında olan ssenariyə görə, Rusiyanın müdaxiləsi Ukraynadan başlanır. Rusiya ordusu artıq 2014-cü ildə tutulmuş Donetsk və Luqansk vilayətlərinin ərazisindən Krım yarımadasına qədər keçir.

Bu fəth üçün Rusiyaya üç gün kifayət edir və Ukraynanın yarısı tutulur. General qeyd edir ki, Ukrayna NATO-nun üzvü olmadığı üçün hərbi alyans heç bir cavab verə bilmir. Bir neçə saat sonra isə Rusiya Baltikyanı ölkələrə qarşı hərəkət edir və NATO bundan sonra işə qarışır.

General nüvə müharibəsinin ən yaxın bir il ərzində baş verə biləcəyini deyib. Britaniya generalın fikrincə, Moskva Baltikyanı ölkələrə qarşı təcavüzkar siyasət aparır.

Şirreff hesab edir ki, Rusiya müdaxilə üçün bəhanə kimi Baltikyanı ölkələrində rusdilli azlığın hüquqlarının "pozulması”ndan istifadə edə bilər. Onun fikrincə, məhz Baltikyanı ölkələr Rusiya tərəfindən mümkün təhlükənin episentridir. General hesab edir ki, burada daim NATO güclərinin olması tələb olunur.

Qeyd edək ki, Şirreff Şimali Atlantika blokunun rəhbərliyində "müharibə partiyası”nın nümayəndəsi kimi məşhurdur. 2014-cü ildə postundan gedən general kitab yazmaqla məşğuldur.

NATO-nun Avropadakı komandanı Kertis Skaparotti isə bu ilin mayında ittifaq ölkələrini Rusiyaya qarşı durmağa çağırıb. Generalın sözlərinə görə, Rusiya özünü dünya dövləti kimi proyeksiya etməyə cəhd edir.

Skaparottinin sələfi, amerika generalı Filip Bridlav isə martın 1-də bildirib ki, ABŞ və onun NATO üzrə müttəfiqləri Avropada Rusiya ilə mümkün müharibəyə hazırlıq görürlər. O, daha əvvəl ABŞ-ın Avropada Rusiya ilə vuruşmağa hazır olduğunu və qalib gələcəyini deyib.


OXŞAR XƏBƏRLƏR