“Nömrəmi yayıblar, mənə pis-pis mesajlar yazırlar” - Şahverdiyevin xanımı

“Nömrəmi yayıblar, mənə pis-pis mesajlar yazırlar” - Şahverdiyevin xanımı

Milli Məclisin deputatı, Rusiyada işləyən azərbaycanlılarla bağlı verdiyi müsahibədən sonar gündəmə çevrilən Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyeva Publika.az-a müsahibə verib.

"Qafqazinfo” xəbər verir ki, 69 yaşlı qadın kiminsə onun nömrəsini yaydığını bildirib: "Mənə pis-pis mesajlar yazırlar. Hətta ABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb.

Dava-dərmanla yaşayıram. Axı mənim nömrəmi kim yayıb? Məgər bu adamların anaları, bacıları yoxdur? Heç olmasa, məni onların yerinə qoysunlar. Başqa vaxtı kişilikdən, qeyrətdən danışırlar. Qadına belə mesajlar yazarlar? İnanın ki, mənə yazılan mesajları görəndən sonra halım çox pisləşib. Axı bunu yazanların vicdanı yoxdur, utanmır? Mən onların anaları, nənələri yaşındayam. Mənə niyə "siz pissiniz” yazırlar? Axı mən nə pislik etmişəm?
Biz sadə ailəyik. Astan müəllim də sadə həyat tərzi sürür. Məncə, insanlar da hər zaman sadə olmağı bacarmalıdır.

Solmaz Şahverdiyeva qeyd edib ki, mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib etməyəcəyini dəqiq bilmir.

"Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında əmisinin içkili vəziyyətdə müsahibə verdiyini yazıb. Bu nə qədər doğrudur?” sualına deputation xanımı belə cavab verib:

"Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb”.

O, qeyd edib ki, millət vəkili müsahibəylə bağlı heç yerə çağırılmayıb və ona töhmət verilməyib:

"Bununla bağlı heç bir zəng də olunmayıb. Sadəcə olaraq, bu gün Milli Məclisə çağırılıb. Orada da məsələni izah edib. Amma dünən saytlar yazıb ki, guya, Astan müəllimin mandatını alıblar və sairə. Bunlar yalan xəbərdir. Dünən heç yerə çağırılmayıb, getməyib”.


OXŞAR XƏBƏRLƏR

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...

Ronaldo 925-ci qolunu vurdu

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb. ...

Rafael Fiziyev amerikalı idmançını döyüşə dəvət etdi

Azərbaycan idmançısı Rafael Fiziyev amerikalı Castin Qeyci ilə döyüşmək niyyətindədir.   Sfera.az xəbər verir ki, o, Las-Veqasda (ABŞ) baş tutacaq &q...