İsrail ordusu Livanda “Hizbullah”ın 50 silahlısını öldürdü
Dünya
23:44 / 12.10.2024
4279
İsrailin Müdafiə Ordusunun hərbçiləri 24 saat ərzində döyüşlərdə Livanın cənubunda Livanın "Hizbullah" radikal hərəkatının 50 yaraqlısını məhv edib.
Sfera.az məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, İsrail hərbçiləri Livanın cənubundakı reydlər zamanı “yeraltı tunellər, reaktiv yaylım atəşi sistemləri, minaatan və tank əleyhinə raketlər”, habelə “Hizbullah” hərəkatının hərbi obyektləri, “hərbi texnikası, silah və sursatları” aşkar ediblər.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.