Qəzzada insan tələfatıDAVAM EDİR:42 mindən çox ölən var
Dünya
22:50 / 12.10.2024
4564
Qəzza zolağında münaqişənin gərginləşdiyi bir il ərzində 42,1 mindən çox insan ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin sayı 42 min 175 nəfərə çatıb. 98 min 336 nəfər isə xəsarət alıb.
Həmçinin son 24 saat ərzində 49 nəfər ölüb, 219 nəfər yaralanıb.