Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq

Azərbaycan Kubokunda yeni mövsüm bu gün başlayacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

 

Sfera.az-ın məlumatına görə, ilk olaraq I təsnifat mərhələsinin iki oyunu baş tutacaq.

 

II Liqa təmsilçilərindən “Şahdağ Qusar”la “Kür-Araz” üz-üzə gələcəklər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:00-da start götürəcək.

 

Günün digər qarşılaşmasında “Şəfa” – “Saatlı-Araz” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

 

Azərbaycan Kuboku

 

I təsnifat mərhələsi

 

12 oktyabr

 

14:00. “Şahdağ Qusar” – “Kür-Araz”

 

Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.

Hakim-inspektor: Ceyhun Haşımov.

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

 

16:30. “Şəfa” – “Saatlı-Araz”

 

Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Nurlan Əhmədzadə, Maqsud Şamıyev.

Hakim-inspektor: Gülağa Cabarov.

"ASK Arena".

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.


OXŞAR XƏBƏRLƏR