Millimiz Estoniyaya məğlub oldu


Millimiz Estoniyaya məğlub oldu

Futbol üzrə Azərbaycan millisi bu gün Millətlər Liqasının 3-cü turunda Estoniya seçməsi ilə qarşılaşır.

 

Sfera.az xəbər verir ki, Tallin şəhərindəki "A.Le Koq Arena"da təşkil olunan oyun başlayıb.

 

Matçın 32-ci dəqiqəsində Yakovlev meydan sahiblərini hesabda önə keçirdi: 1-0.

 

***

 

Toral Bayramov ilk hissənin son dəqiqələrində penalti zərbəsi ilə hesabı bərabərləşdirdi: 1-1.

 

***

 

İlk hissənin son dəqiqələrində Estoniya millisi ikinci qolu vurdu: 2-1.

 

***

 

Şeyn 71-ci dəqiqədə fərqi artırdı: 3-1.

 

***

Qarşılaşma estonların 3-1 hesablı qələbəsi ilə başa çatdı.

 


OXŞAR XƏBƏRLƏR