Rəsmi Moskva ELAN ETDİ: Rusiya ilə Türkiyə razılığa gəldi
Siyasət
20:17 / 27.12.2016
1460
Rəsmi Moskva ilə Ankara Qazaxıstanın paytaxtı Astanada sülh görüşünə və Suriyada atəşkəs elan olunması üçün səy göstərilməsinə dair razılığa gəliblər.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin bəyanatında deyilir.
Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrovla Mövlud Çavuşoğlu razılığı bu gün aralarında baş tutan telefon danışığı zamanı əldə ediblər.
Telefon danışığı zamanı Suriyada hərbi əməliyyatların sona çatdırılması üçün nəzərdə tutulan müqavilələrin sürətlə tamamlanmasının, müxalifətin terror qruplaşmalarından ayrılmasının və Astanadakı toplantı üçün hazırlanılmasının əhəmiyyəti vurğulanıb.