"Media olaraq qarşımızda duran əsas məqsəd dəqiq və obyektiv prinsiplərə söykənməkdir" - Vüqar Zifəroğlu

"Media olaraq qarşımızda duran əsas məqsəd dəqiq və obyektiv prinsiplərə söykənməkdir" - Vüqar Zifəroğlu

"Siyasi sistemə qarşı qeyri-obyektiv, qərb dəyərləri kimi fikirlərdən, manipulyasiyadan istifadə edilir, Azərbaycan enerji ixracatçısı kimi hədəfə alınır".

 

Sfera.az xəbər verir ki, bunu "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda bu gün keçirilən konfransda Mətbuat Şurasının sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

 

O bildirib ki, ayrı-ayrı ölkələrdə olan enerji ixracatçı şirkətlərimiz hədəfə alınır: "Geosiyasi mövqeyimiz hədəf alınır, məqsəd regional əməkdaşlığa ziyan vurmaqdır. Qlobal təşkilatlarla münasibətlərin pozulması üçün birtərəfli qaydada müəyyən çirkli kampaniyaların aparıldığı müşahidə edilir".

 

V.Zifəroğlu qeyd edib ki, erməni lobbisinin maliyyə dəstəyi ilə xarici mediada Azərbaycana qarşı təbliğat işləri aparılır.Onun sözlərinə görə, informasiya təhlükəsizliyi bu gün ölkələr üçün priotet məsələlərdən biridir.

 

"Sosial mediada saxta xəbər ciddi problemdir. Qlobal güclər hər hansı bir ölkənin informasiya məkanına sosial şəbəkələr vasitəsilə daxil olmağa çalışırlar".

 

MŞ-nin sədr müavini deyib ki, Azərbaycanın enerji layihələrinə, transqafqaz layihələrinə qarşı təkliflərlə bağlı müxtəlif istiqamətlərdə manipulyayativ təbliğatlara rast gəlinir:

 

"Bütün bunların məqsədi Azərbaycanın mövqeyini zəiflətmək, pozucu fəaliyyətlər ortaya qoymaqdır. Media olaraq bizim qarşımızda duran əsas məqsəd isə dəqiq və obyektiv prinsiplərə söykənməkdir. Bundan başqa, jurnalistlərin peşəkar hazırlığı, müəyyən rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi və gücləndirilməsi önəmlidir".

 

O, sonda vurğulayıb ki, Azerbaycan mediasının bu vəzifələri həyata keçirməsi ölkənin informasiya müharibəsində daha guclü ve davamlı olmasını təmin edəcək.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...

Türkiyədə 6 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahillərində yerli vaxtla saat 01:51-də 6 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki,...

Bu ərazidə işıq olmayacaq

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bununla bağlı &ldquo...

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...