"Bu fikirlər medianın peşəkar fəaliyyətinə öz əhəmiyyətli töhfəsini verəcəkdir" - Əhməd İsmayılov

"Bu fikirlər medianın peşəkar fəaliyyətinə öz əhəmiyyətli töhfəsini verəcəkdir" - Əhməd İsmayılov

"Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur". 

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda konfransda Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

 

O bildirib ki, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağrışlarındandır:

 

"Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir.Biz bu konfransı üç ay bundan öncə başa çatmış ikinci Şuşa Qlobal Forumunun məhsuldar müzakirələrindən irəli gələn məsələlərin diqqətdə saxlanılması, Şuşadan bütün dünyaya səsləndirilmiş vacib media mesajlarının davamı kimi qiymətləndiririk".

 

Onun sözlərinə görə, medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi fundamental hüquq olan düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması dövlətin əsas məqsədlərindəndir:

 

"Media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan vermiş, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olmuş və ilk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək, sistemli, konseptual yanaşma sərgiləmişdir. Vətən Müharibəsindəki parlaq qələbəmizin Azərbaycanın media landşaftının yeni inkişaf təmayüllərinin formalaşmasına, habelə dünyanın müasir media mənzərəsinə yönləndirici təsir göstərən trendlərin mötəbər formatda müzakirəsinə müsbət təsirləri barədə danışarkən artıq ənənə halını almış Şuşa Qlobal Media Forumunun əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2023-cü ildə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” devizi altında keçirilmiş forumda ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparılmışdır. 2024-cü ildə baş tutmuş forum isə yalnız media deyil, ictimai-siyasi və informasiya təhlükəsizliyi baxımdan aktuallıq kəsb edən mövzuya “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə”yə həsr olunmuşdur".

 

Ə.İsmayılov sonda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında dövlətin inkişafının yeni mərhələsində daim diqqətdə saxlayacağı istiqamətlər çərçivəsində vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi və azərbaycançılıq ideologiyasının gələcək perspektivlərini nəzərdə tutaraq xalqımızın həmrəyliyi uğurlarımızın əsası kimi göstərilib:

 

"Hesab edirik ki, cənab Prezidentin sələndirdiyi fikirlər cəmiyyəti ictimai məzmunlu informasiya ilə təmin etmək kimi vacib funksiya yerinə yetirən medianın fəaliyyətində başlıca prioritet və istinad mənbəyidir. Bu baxımdan əminik ki, bugünkü konfransda səsləndiriləcək fikirlər də öz ictimai məzmun və əhəmiyyətinə görə medianın peşəkar fəaliyyətinə öz əhəmiyyətli töhfəsini verəcəkdir".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...