Bayram ərəfəsində bazarda qiymətlər OD TUTUB YANDI– VİDEO
Cəmiyyət
16:40 / 27.12.2016
689
Oxu.az-ın əməkdaşları Nərimanov rayonunda yerləşən "Keşlə bazarı” ərazisində təşkil edilən yarmarkada, eləcə də bazarın özündə olub və qiymətlər ilə maraqlanıb.
Bazarda qiymətlər yarmarkadakından 20-30% bahadır.
Yeni ilin başlamasına 4 gün qalmasına baxmayaraq, Bakıda yerləşən yarmarka və bazarlarda alıcı gözə dəymirdi. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməkdaşı isə bunu həftənin əvvəli olması ilə izah edib:
"Düzdür, alıcılıq qabiliyyəti aşağıdır, amma şənbə, bazar günləri qismən də olsa alıcıların sayı artır”, - deyə o deyib.
Qeyd edək ki, nazirlik tərəfindən Bakıda ümumilikdə 5, Sumqayıtda isə 2 yarmarkanın keçirilməsi nəzərdə tutulub. Nazirliyin əməkdaşlarının sözlərinə görə, bu il Abşeron rayonu, Xırdalan şəhəri ərazisində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilməyəcək.