“Çinə qarşı NATO tipli bir ittifaq yaratmalıyıq” - Rahm Emanuel

“Çinə qarşı NATO tipli bir ittifaq yaratmalıyıq” - Rahm Emanuel

“Çinə qarşı NATO tipli bir ittifaq yaratmalıyıq”.

 

Sfera.az bildirir ki, bunu ABŞ-nin Tokiodakı səfiri Rahm Emanuel deyib. O, bu barədə “Wall Street Journal” (WSJ) üçün yazdığı məqalədə qeyd edib.

 

“ABŞ Prezidenti Co Bayden administrasiyasının Hind-Sakit okean regionunda çoxtərəfli təhlükəsizlik tərəfdaşlıqlarını genişləndirmək yanaşması təsirlidir. Lakin Çinin təzyiqlərinin qarşısını iqtisadi tədbirlərlə ala bilərik. Bu kontekstdə "NATO-ya bənzər" ticarət və müdafiə ittifaqının yaradılması zəruridir”.

 

Emanuel həmfikir ölkələrin bu istiqamətdə daha sıx işləməsinin vacibliyini də vurğulayıb. 

 

Qeyd edək ki, Yaponiyanın Baş naziri İşiba Şiqeru da oxşar təkliflə çıxış etmişdi. O,  Asiyada NATO-ya bənzər bir ittifaq yaratmaq fikrini irəli sürmüşdü.

 

Türkan


OXŞAR XƏBƏRLƏR