"ABŞ ilə danışıqlara əsas görmürük" - Sergey Ryabkov

"ABŞ ilə danışıqlara əsas görmürük" - Sergey Ryabkov

ABŞ-nin növbəti prezidentinin kim olacağından asılı olmayaraq, Moskva hazırda Vaşinqtonla danışıqlar üçün heç bir əsas görmür.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

“Bu [ABŞ və onun müttəfiqləri tərəfindən həyata keçirilən anti-Rusiya siyasəti] dəyişmədikcə, ABŞ-nin növbəti prezidentinin kimin olmasından asılı olmayaraq, strateji sabitlik və ya Yeni START Müqaviləsi müddətinin uzadılması ilə bağlı heç bir danışıqlar aparıla bilməz”, - o bildirib.  

 

Xatırladaq ki, 21 fevral 2023-cü ildə Prezident Vladimir Putin Rusiyanın "New START"da iştirakını dayandırdığını, lakin sazişdən çıxmadığını bəyan edib. O vurğulayıb ki, Rusiya müqavilə çərçivəsində işə yenidən başlamaq barədə düşünməzdən əvvəl sənədin təkcə ABŞ-nin deyil, həm də NATO-nun digər nüvə gücləri - Britaniya və Fransanın arsenallarını necə nəzərə alındığına aydınlıq gətirilməlidir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir" - Putin

Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir.   Sfera...

Türkiyədə güclü PARTLAYIŞ: Xəsarət alanlar...

Türkiyənin İzmit şəhərində TUPRAS neft emalı zavodunda partlayış baş verib.   Sfera.az bu barədə Türkiyənin NTV telekanalına istinadən xəbər verir. ...

Əli Əsədov Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirdi - FOTO

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilə...

ƏDV bəyannaməsi ilə bağlı yenilik edilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (prifiling) sisteminin qısa müddətdə tətbiqini nəzər...

Oktyabrda 28 aptek yoxlanıldı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb.   Sfera.az xəbər verir ki...

COP29-da Yaşıl Zona nədir və nəyə xidmət edir? – VİDEO

Noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı Bakı Olimpiya S...