Rublun ucuzlaşması davam edir - YENİ MƏZƏNNƏ

Rublun ucuzlaşması davam edir - YENİ MƏZƏNNƏ

Mövcud qeyri-sabitlik fonunda Rusiyada rubl ucuzlaşır.

 

Sfera.az xəbər verir ki, rublun ucuzlaşması artıq üçüncü aya keçib. 2024-cü ilin avqustun ilk günlərində bir dollar 85 rubl idi. Amma hazırda dollar 97 rublu ötüb.

 

Rusiyalı analitiklər proqnozlaşdırır ki, dollar qısa zamanda 100 rublu ötəcək. Rublun ucuzlaşmasına Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi, Rusiyaya qarşı yeni sanksiyalar və ABŞ-də prezident seçkiləri ilə bağlı narahatçılıq səbəb olur.

 

Rublun dollar qarşısında ucuzlaşması onun manat qarşısında da dəyər itirməsinə əsas yaradıb. 2024-cü ilin avqustun 6-da 100 rubl 20 manat olduğu halda, bu gün 17,5 manata düşüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR