İspaniya klubunun stadionunun adı dəyişdiriləcək

İspaniya klubunun stadionunun adı dəyişdiriləcək

İspaniyanın "Atletiko" klubunun ev oyunlarını keçirdiyi "Metropolitano" stadionunun adı dəyişdiriləcək.

 

Sfera.az xəbər verir ki, Madrid təmsilçisi arenanın yeni sponsorunu elan edib.

 

Səudiyyə Ərəbistanının hava yolları şirkəti "Riyadh Air"lə müqavilə bağlayan "Atletiko"nun stadionu 2033-cü ilə qədər başqa adla fəaliyyət göstərəcək. Müqavilənin dəyəri təxminən 250-300 milyon avro qiymətləndirilir.

 

Qeyd edək ki, klub 2017-ci ildə əfsanəvi "Visente Kalderon"u tərk etdikdən sonra 70460 tamaşaçı tutumuna malik "Metropolitano" stadionuna köçüb. İlk 5 ildə stadion klubun sponsoru olan "Wanda Group"nın adını daşıyıb, 2022-ci ildən isə "Civitas" adlanıb.


OXŞAR XƏBƏRLƏR