İsrailin İranın neft infrastrukturuna hücumu iqtisadiyyata necə təsir edə bilər? - ŞƏRH

İsrailin İranın neft infrastrukturuna hücumu iqtisadiyyata necə təsir edə bilər? - ŞƏRH

“İsrail İranın neft infrastrukturuna hücum edərsə, qiymətlər artacaq”.

 

Sfera.az bildirir ki, bunu MDBMİ-nin (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) Beynəlxalq Energetika Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev “TASS”a müsahibəsində deyib.

 

“Bu zaman neftin qiyməti 100 dollar/bareldən yuxarı qalxa bilər. Hasilatı bərpa edən (gündə 3 milyon bareldən çox) İran gündə təxminən 1,5 milyon barel neft ixraca göndərir. Müvafiq olaraq, ixrac azalarsa, o zaman dünyada təklif də azalacaq. Bu baxımdan, qiymətlərin qalxması məntiqlidir və bir barel üçün 100 dolları keçə bilər. Ümumiyyətlə, neftin qiymətində kəskin sıçrayış ehtimalı siyasətçilərin bəyanatlarından deyil, reallıqda İran və İsrailin kritik enerji infrastrukturuna hücumlarından asılıdır”.

 

Quliyevin sözlərinə görə, İsrailin neft obyektlərinə cavab zərbəsinin güclü iqtisadi təsirləri olmasa da, bu, siyasi qarşıdurmanı gücləndirəcək və genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq. Ekspert hesab edir ki, ABŞ noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində qlobal neft bazarında qeyri-sabitlikdə maraqlı deyil.

 

Günay 


OXŞAR XƏBƏRLƏR