Mafiya liderləri saxlanıldı
Dünya
15:19 / 27.12.2016
1018
İstanbulda mafiya dəstələrinə qarşı geniş əməliyyat keçirilib.
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi "Sarallar", "Şahinlər" adı ilə tanınan mafiya dəstələrinə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 45 nəfər mafiya üzvü saxlanılıb. Onların arasında Sarallar qrupunun liderlərindən biri olan Burhanəddin Saral da var.
"Sarallar"ın əsas adamı hesab edilən Ələddin Saral və "Şahinlər" qruplaşmasının lideri Sədat Şahin haqqında isə saxlanma qərarı çıxarılıb.
Xüsusi əməliyyat zamanı 38 silah-sursat ələ keçirilib.(Qafqazinfo)