Mikayıl Cabbarov: “7 qiqavat gücündə investisiya layihələri icra olunur”
İqtisadiyyat
11:08 / 10.10.2024
3783
Hazırda Azərbaycanda 7 qiqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, bu sahədə regionda bir sıra ölkələrlə əməkdaşlıq edilir: “Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olub, lakin enerji məfhumu, ənənəvi yanacaq mənbələrindən artıq bərpa olunan mənbələrinə keçməkdədir. Azərbaycan bu sahədə neft və qaz ixracı ilə yanaşı, artıq “yaşıl enerji”nin ixracı sahəsində də layihələrin icrasına başlayıb”.