Hacıqabulda 40 min hara getdi?

Hacıqabulda 40 min hara getdi?

Hacıqabulun icra başçısı vəzifəsini itirə bilər. Buna səbəb onun yaş senzi ilə əlaqədar rəhbər postdan uzaqlaşdırılması planıdır. Əhməd Muxtarov bu zaman kəsiyində rayonu inkişaf etdirə bilməyib. 

Politika.Az-a danışan Hacıqabul rayon İcra Hakimiyyətindəki mənbənin sözlərinə görə, bu xəbər başçı ilə yanaşı köməkçisi Afiq Kərimovu da həyəcanlandırıb. 

Ə.Muxtarov sakitcə büdcə pullarını talayıb və Hesablama Palatası tərəfindən təftiş aparılır. Yaxın aylarda Hacıqabula yeni rəhbər təyin olunacağı gözlənilir. Özünü sakit göstərən icra başçısı səs-küylü maliyyə əməliyyatları həyata keçirir. 

Bu maxinasiyalarda müavinləri Əslan Səmədov və Fikrət Qasımovun da rolu az deyil. Mənbə qeyd edir ki, mühasib Güləli Əhmədov da şəbəkənin maxinasiya əməliyyatlarında iştirakçıdır. 

Bildirilir ki, Ə.Muxtarov 10 ildir Hacıqabula rəhbərlik edir. Bu 10 ildə rayonda heç bir iş görməyib. Maraqlıdır ki, Yevlaxda neftbazada işə başlayan hazırkı başçı hərbi xidmətdə matros olub. 

Sonra Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda işləyib. 2005-ci ilə qədər Yevlax RİH-də müxtəlif vəzifələr tutub. 1951-ci il təvəllüdlü icra başçısının yaş senzi ilə əlaqədar çıxarılacaq icra hakimləri sırasında adının keçdiyi deyilir. 

Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait həmin İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib. 

Media yazıb ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

Ötən il icra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsaitini şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirib. Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. 

Mənbə bildirir ki, ötən il ən ilginc korrupsiya əməliyyatı 40 min manata yaxın büdcə vəsaiti hesabına guya Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması əməliyyatıdır. 

Bu əməliyyatı həyata keçirmək üçün Əhməd Muxtarov Hacıqabul rayonunda şirkət tapa bilməyib, üz tutub Şirvan şəhərinə. 

Beləliklə Şirvan şəhərində qeydiyyatda olan Səbuhi Rüstəmovun direktoru olduğu "Arsenal-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilginc korrupsiya əməliyyatı üçün uyğun hesab edilib. 

Mənbə bildirir ki, əgər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hacıqabul rayonuna yönələn büdcə vəsaitlərinin taleyinə aydınlıq gətirmək istəsə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən korrupsiya mexanizminin eynisini bu rayonda da üzə çıxa bilər.


OXŞAR XƏBƏRLƏR

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...

Ronaldo 925-ci qolunu vurdu

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb. ...