Pilot infarkt keçirdi: Uçuş təcrübəsi olmayan qadın təyyarəni yerə endirdi

Pilot infarkt keçirdi: Uçuş təcrübəsi olmayan qadın təyyarəni yerə endirdi

Las-Veqaslı heç bir uçuş təcrübəsi olmayan 69 yaşlı İvon Kinane-Uells pilot əri Eliot Alper infarkt keçirdikdən sonra təyyarənin idarəsini ələ keçirməyi bacarıb. O, Kaliforniya hava limanına təhlükəsiz eniş edib.
 

Sfera.az bildirir ki, İvon Kinane-Uells hava hərəkəti dispetçerinin göstərişlərinə əsasən təcili eniş edib. Qadın əvvəllər heç vaxt təyyarə sürməyib.
 

Əri dəniz səviyyəsindən 1,8 km hündürlükdə olarkən pilot oturacağının yanında əyləşən qadın qəfil onun pisləşdiyini görüb. O, dərhal hava dispetçerinə zəng edib. Dispetçer qadına təyyarəni endirməyə kömək edib. Amerikalı qadın əvvəllər heç vaxt təyyarə sürməsə də, onun başqa seçimi qalmayıb.

Cütlük Las-Veqasdakı Henderson hava limanından Kaliforniya ştatının Monterey şəhərinə uçarkən Alper infarkt keçirməyə başlayıb. Digər tərəfdən nəzarətçi Uellsə eniş üçün ətraflı məlumat verib, ona güc əlavə etməyi tövsiyə edib, sonra onu ən yaxın hava limanına yönəldib.
 

Bir neçə dəqiqədən sonra qadın həyatında ilk dəfə uğurlu təcili eniş edib.
 

Yerdəki fövqəladə hallar ekipajları eniş edən təyyarənin qarşılayıblar. İvon Kinane-Uells bütün 3.3 km uçuş-enmə zolağının hamısını dayanmadan qısa müddətə qət edib.
 

Kern Rayon Yanğından Mühafizə İdarəsi huşunu itirmiş Alperi dərhal xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hava limanının direktoru Ron Brewster qeyd edib ki, o, heç vaxt İvon Kinane-Uells kimi eniş edən görməyib.
 

"Bildiyim qədər, bu, görünməmiş bir hadisədir. Mən bütün karyeram boyu belə bir şey görməmişəm".


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...