Orban Avropa Parlamentində çətin vəziyyətə düşdü: "Satqın..." - VİDEO

Orban Avropa Parlamentində çətin vəziyyətə düşdü: "Satqın..." - VİDEO

Avropa Parlamentində baş verən hadisə dünya mediasında səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, Macarıstanın Baş naziri Viktor Orbanın dünən Avropa Parlamentində keçirdiyi mətbuat konfransı etiraza səbəb olub. Belə ki, Orban ölkəsinin 6 aylıq Avropa Birliyinə (AB) sədrliyi üçün planlarından danışarkən, Macarıstan müxalifət partiyasından Şəhər Şurasının üzvü olduğu deyilən macar siyasətçi onun nitqini kəsib.

 

“Hörmətli baş nazir, ölkənizi neçəyə satdınız?” sözügedən şəxs qışqırıb. Mühafizəçilərin müdaxiləsi ilə zaldan çıxarılan nümayişçi “Orban Macarıstanı Putinə və Si Cinpinə satdı” deyərək yenidən qışqırıb.

 

Etirazçı zaldan çıxarıldıqdan sonra mətbuat konfransına davam edən Orban hadisə ilə bağlı açıqlama da verib.

 

“Macar dilində ünsiyyət olduqca çətindir. Bir macar siyasətçi başqa bir həmkarını “satqın” adlandıranda, bizim dilimizdə bu, “mən sizinlə razı deyiləm” mənasını verir”, -Baş nazir izah edib.

 

Günay 

 

//www.youtube.com/watch?v=4FD1O8rThUU

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Rəsmi qarşılama mərasimindən- FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...