NATO-nun baş katibi sabah Böyük Britaniyaya səfər edəcək

Siyasət
15:07 / 09.10.2024
2776
NATO-nun baş katibi Mark Rutte oktyabrın 10-da Böyük Britaniyaya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində onun baş nazir Keir Starmer, eləcə də xarici işlər naziri Devid Lemi ilə görüşləri nəzərdə tutulub.