İsmayıl Qaaninin taleyi ilə bağlı mümkün ssenarilər: Öldürülüb, yoxsa sağdır?

İsmayıl Qaaninin taleyi ilə bağlı mümkün ssenarilər: Öldürülüb, yoxsa sağdır?

İsrail mediasında SEPAH-ın əsasən Yaxın Şərqdə fəaliyyət göstərən xüsusi birliyi olan “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürüldüyü haqqında məlumatlar yayılıb. Qeyd olunur ki, Qaani iranlı general “Hizbullah” lideri Həsən Nəsrullah öldürülən zaman onunla eyni bunkerdə olub. İsrailin zərbəsi nəticəsində o da ölüb. İran tərəfi isə sözügedən məlumatı təkzib edir.İsmayıl Qaaninin taleyi ilə bağlı mümkün ssenarilər: Öldürülüb, yoxsa sağdır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, İsmayıl Qaaninin də Həsən Nəsrullahla birlikdə öldürülməsi ehtimalı yüksəkdir.

 

Onun sözlərinə görə, İran tərəfi bunu açıqlamaq istəmir, çünki bu, yeni sensasiyaya səbəb ola bilər:

 

“Belə olan halda, İran İsrailə daha güclü cavab verməlidir. Tehran hələ ki buna tam hazır deyil. Lakin İsmayıl Qaani sağ, amma ağır yaralı da ola bilər.  İran tərəfi bunu gizlətməyə çalışır. Çünki bu SEPAH daxilində çaxnaşmaya səbəb olacaq. Digər ehtimal isə odur ki, İsmayıl Qaani sağdır, Həsən Nəsrullahın ölümündən sonra konkret hədəf halına gəlib deyə İran onu ciddi mühafizə altında saxlayır. Qaaninin öldüyü haqqında məlumatların yayılması da İranın İsrail kəşfiyyatını ondan uzaq tutmaq üçün çaşdırıcı fəndi ola bilər. Bu ehtimalı gücləndirən daha bir məsələ isə HƏMAS-ın yeni seçilmiş rəhbəri Yəhya Sinvarın da Qaani ilə birlikdə yoxa çıxmasıdır. İsmayıl Haniyə və Həsən Nəsrullahın öldürülməsindən sonra Qaani və Sinvar konkret hədəf halına gəlmişdi. İran tərəfi anlayıb ki, İsrail onları da öldürmək üçün xüsusi əməliyyat hazırlayıb. Buna görə HƏMAS-ın və “Qüds”ün rəhbərini mühafizə altına ala bilər”.

 

Ekspert bildirdi ki, yəhudi dövləti proksi qüvvələrin rəhbərlərini öldürməklə İranı çətin vəziyyətə salır:

 

“İsrail bu yolla İranı daha böyük eskalasiyaya cəlb etmək istəyir. Bu isə Qərblə münasibətləri normallaşdırmaq istəyən Məsud Pezeşkian hökumətinə sərf etmir. Proksi qüvvələrin rəhbərlərindən fərqli olaraq İsmayıl Qaaninin öldürülməsi İranı daha pis vəziyyətə sala bilər. Qaani İranın öz generalıdır və SEPAH öz komandirlərinin ölümünə görə cavab tədbiri tələb edəcək. Bu həmçinin İranın rəhbərliyində təmsil olunan digər şəxslərin də təhlükəsizlik məsələsinə ciddi təhdid yaradır. Buna görə də Tehranın qarşı tərəfdən gələn iddiaları yaxın gələcəkdə həqiqət olsa belə təsdiqləyəcəyi gözlənilmir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Hava yenə pisləşəcək - Bu tarixədək yağış yağacaq

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hi...

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Rəsmi qarşılama mərasimindən- FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...