İsrailin müdafiə naziri ABŞ-yə səfərini niyə təxirə salıb? - “WSJ”-nin ŞƏRHİ

İsrailin müdafiə naziri ABŞ-yə səfərini niyə təxirə salıb? - “WSJ”-nin ŞƏRHİ

İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 9-da ABŞ-yə planlaşdırılan səfərini təxirə salıb.

 

Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yəhudi dövlətinin rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb İsrailin son raket hücumuna cavab olaraq İrana qarşı əməliyyat planlaşdırmasıdır. İddialara görə, Qalantın səfərini təxirə salmaq qərarı İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən verilib.

 

Eyni zamanda, nəşrin Amerika administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Vaşinqtonda hələ də İsrailin İrana mümkün zərbəsinin vaxtı və hədəfləri barədə məlumat yoxdur.

 

“Ağ Ev yəhudi dövlətini münaqişənin miqyasının regional müharibə vəziyyətinə keçməsi riski səbəbindən İranın neft və ya nüvə obyektlərinə zərbə endirməməyə çağırır. İndi ABŞ hakimiyyəti ümid edir ki, İrana zərbə endirməklə bağlı baş verənlərə daha aktiv müdaxilə edə bilmək üçün vaxtında və dolğun məlumat əldə edəcək".

 

Digər tərəfdən, dünən Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bununla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ABŞ Müdafiə Departamentinin ("Pentaqon") rəhbəri Lloyd Ostin hələ də tezliklə israilli həmkarı ilə görüş keçirməyi gözləyir. “Səfərin təxirə salınması iki dövlət arasında İranın hücumuna mümkün cavabla bağlı danışıqların gedişinə təsir edəcəkmi”  sualını isə Sinq belə cavablandırıb: “Biz İsrailin əməliyyatları ilə bağlı şərh vermək niyyətində deyilik”.

 

Qeyd edək ki, ABŞ və İsrail müdafiə nazirlərinin oktyabrın 9-da Pentaqonda görüşü planlaşdırılmışdı. Burada tərəflər Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə etməyi düşünürdülər.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Hava yenə pisləşəcək - Bu tarixədək yağış yağacaq

Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hi...

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Rəsmi qarşılama mərasimindən- FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...