“Yeganə şahid o qadındır” - Əhməd ifadəsini TƏSDİQLƏDİ + FOTO

“Yeganə şahid o qadındır” - Əhməd ifadəsini TƏSDİQLƏDİ + FOTO

Öz ailəsinin qatili kimi ittiham olunan Əhməd Əhmədovun məhkəmə araşdırması üç ay sonra qaldığı yerdən davam edir.

 

Sfera.az xəbər verir ki, ətrafdakılar üçün təhlükəli hesab olunan Əhməd saxlanıldığı xüsusi xəstəxanadan polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

 

Məlumat üçün bildirək ki, hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib və jurnalistlər zala buraxılmayıb.

 

Qısa olaraq xatırlatma edək ki, əvvəlki baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən onun cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsi tövsiyə edilir.

 

Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.

 

Bugünkü iclasda sədrlik edən hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin həbsindən bir neçə gün sonra müstəntiqə verdiyi ifadəsini elan edib.

 

 

Əhməd həmin ifadəsində etiraf etmişdi ki, mütəmadi olaraq ailəsinə problemlər yaratdığı üçün illər əvvəl ona əlavə ev alıblar. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. Bundan əlavə o iddia edib ki, sanki içindən gələn səslərdə ona “ailəni öldürməlisən” deyilirmiş. Müstəntiqin “yaxşı, bəs, azyaşlı qardaşını və bacının qızını niyə öldürdün”, - sualına isə Əhməd “böyüyüb valideynlərinə oxşayacaqlarını düşündüyüm üçün…”, - cavabını verib.

 

 

O, cinayətin yeganə şahidinin qonşuluqda yaşayan adını bilmədiyi qadın olduğunu deyib. Həmin qadının Əhmədin anasını və qardaşını öldürərkən ona mane olmaq istəməsi, lakin qarşısındakı mənzərədən qorxduğu üçün polis çağırmaqdan başqa nə isə edə bilmədiyi barədə əvvəl məlumat verilmişdi.

 

***

 

Prosesdə iştirak edən Əhmədin vəkili Sənan Hüseynov deyib ki, müvəkkili istintaq dövründə dediklərini təsdiq edib. Əlavə nə isə demək istəməyib. Hakim müttəhimin anlaqsız olduğunu nəzərə alaraq istəyini qəbul edib. Proses oktyabrın 10-u hüquqi varislərin ifadəsi ilə davam edəcək.

 

Qeyd edək ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yaddaşlara həkk olunub. 25 yaşlı Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. Ekspert rəyi ilə anlaqlı olduğu təsdiq edilsəydi, cəzası ömürlük həbs olmalı idi. (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.   Sfera.az xəbər ve...