Vəzifəli şəxsin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərildi

Vəzifəli şəxsin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərildi

“İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, “İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Musayev Cavid İntiqam oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

İbtidai istintaqla Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Cavid Musayevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.



İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.


OXŞAR XƏBƏRLƏR

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...

Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirib.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi ray...

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.   Sfera.az xəbər ve...

"Azərbaycanla Rusiyanın münasibətlərini bu ölkə pozdu" - İDDİA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıy...