Nikol Paşinyan Vladimir Putinlə görüşmək üçün Kremlə gəldi

Siyasət
14:44 / 08.10.2024
2754
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Kremldə MDB dövlət başçılarının sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirir. Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüş artıq baş tutub.