Deputat xalqdan üzr istədi

Deputat xalqdan üzr istədi
 
Milli Məclisin deputatı Astan Şahverdiyev böyük ictimai rezonansa səbəb olan açıqlamasına görə Azərbaycan xalqından üzr istəyib.
Sfera.az xəbər verir ki, bu haqda Modern.az-a danışan deputat səhvini anladığını vurğulayıb:
"Mən Astan Şahverdiyev, 24 dekabr 2016-cı ildə "Azadlıq radiosu”na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.
Deputat bunun məsələ ilə bağlı sonuncu açıqlaması olduğunu bildirib:
"İki gün ərzində özümün, ailə üzvlərimin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Mesajlar o qədər çoxdur ki, yenilərini qəbul edə bilmir. Orada ağıza alınmayacaq təhqirlər yazılıb. Mən məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır. Xalqımdan üzr istəyirəm, onun böyüklüyünə sığınıram”.
Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı, 3 nəfər məcburi köçkün həbs olunub.
Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.
Dekabrın 24-də bir qrup rəsmi şəxs Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə "Azərişıq” ASC-nin müavinləri, Cəbrayil Rayon İcra Hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. 
Görüşdən sonra "Azadlıq radiosu”na müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda, eləcə də Rusiyaya işləməyə gedən bəzi azərbaycanlılar barədə danışarkən xoşagəlməz ifadələr işlətmişdi.



OXŞAR XƏBƏRLƏR

Toya hazırlaşan Türkan xəstəxanada dünyasını dəyişdi -VİDEO

Gəncədə əməliyyata hazırlaşan gənc qız əməliyyat masasına çatmadan dünyasını dəyişib.   Sfera.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, ...

Ruben Vardanyan sualları cavablandırmadı

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terro...

XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanatda bi...

Apteklər onlara spirt satmayacaq!

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu ərazisində 15 nəfər apteklərdə satılan etil spirtindən zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, bu...

Nurlana Məmmədzadə baş katib vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edilib.   Sfera.az "Unikal"a istinadən məlumat verir ki, Nurlana Məmmədz...

”Fransa hər zaman ermənilərdən öz məqsədləri üçün istifadə edib” – VİDEO

“Fransanın ermənilərə sevgisinin tarixi çox qədimdir. Rəsmi Paris hər zaman ermənilərdən müəyyən məqsədlər üçün istifadə edib.”- bu fikirləri Baku T...