Cənubi Qafqaz uğrunda mübarizə ALOVLANIR: Zaxarova ABŞ-yə MEYDAN OXUDU

Cənubi Qafqaz uğrunda mübarizə ALOVLANIR: Zaxarova ABŞ-yə MEYDAN OXUDU

Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Cənubi Qafqaz regionunda sülhü nəyin bahasına olursa-olsun qorumaq lazımdır. O, Moskvanın Qərbin dağıdıcı təsirinə dözməyəcəyi barədə xəbərdarlıq edib. “Bu başıbəlalı region bir çox münaqişələrdən keçib, buna görə də Rusiya tərəfi bura sülhlə gələrək kömək etmək və töhfə vermək istəyənlərə şad olacaq. Biz bölgədə sülhü qorumaq üçün birlikdə bu qədər güc sərf etmişik. Biz Qərbin özünün idarə olunan xaos siyasətindən istifadə etməsinə imkan verməmək üçün əlimizdən gələni etməliyik", –  Zaxarova qeyd edib.

 

Rusiya XİN rəsmisinin açıqlamalarında diqqət çəkən məqamlar nələrdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Zaxarova əslində son çıxışı ilə rəsmi Moskvanın regionla bağlı maraqlarını etiraf edib:

 

“Rəsmi Moskva bölgədəki gərginliyə görə Qərbi ittiham edib və bu, təəccüblü deyil. Tərəflər nəinki Cənubi Qafqazda, digər bölgələrdəki gərginliyə görə də həmişə bir-birilərini günahlandırırlar. Rusiya uzun illər, daha dəqiq desək, İkinci Qarabağ müharibəsinə qədər Cənubi Qafqazda gərginliyin davamlı olmasında və Qarabağ “düyününün” açılmamasında maraqlı idi. Bunu Moskvanın regional və milli maraqları tələb edirdi. İkinci Qarabağ müharibəsindən sonra isə Cənubi Qafqazda yeni reallıq yarandı. Rəsmi Moskva çox keçmədən Bakının bölgədə yaratdığı yeni reallıqlarla hesablaşmağa başladı. Sözsüz ki, Ukraynada başlayan savaşın da bu məsələdə müəyyən rolu oldu.  Bu gün Rusiyanın başı Ukraynadakı müharibəyə qarışıb. Qərb bütün imkanları ilə Rusiyanı sıxışdırır. Hazırkı vəziyyətdən istifadə etmək istəyən ABŞ və müttəfiqləri bölgəyə soxulmağa cəhd edir. Bu isə Kremlin maraqlarına uyğun deyil”.

 

Şərhçi qeyd etdi ki, ABŞ-nin əsas strategiyası Ermənistan vasitəsilə bölgədə yeni gərginlik yaratmaqdır:

 

“Qərb ancaq gərginlik vasitəsilə özünün regiondakı təsir imkanlarını qoruya bilər. Rusiya bunlardan narahatdır. Perspektivdə Qərbin təhrikləri nəticəsində Ermənistana qarşı Cənubi Qafqazda ikinci cəbhə açıla bilər. Bu, Moskva üçün ciddi təhdiddir. Odur ki, Rusiya bütün imkanları ilə belə bir ssenarinin qarşısını almağa və təmkinli davranmağa çalışır.  Rəsmi Moskva hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını və bunun öz vasitələçiliyi ilə olmasını istəyir. Regional sülh Rusiya üçün mümkün təhdidlərin qarşısını almaqla yanaşı, həm də onun regiondakı mövcudluğunu təmin edəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...