"Ermənistan konstitusiyasına dəyişiklik etməsə, sülh sazişi imzalana bilməz" - ŞƏRH

"Ermənistan konstitusiyasına dəyişiklik etməsə, sülh sazişi imzalana bilməz" - ŞƏRH

"Paşinyan Əliyevin yarımçıq sazişə belə imza atacağını zənn edirdi".

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan elə bilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvanla sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər imzalanmasında maraqlıdır:

 

“Bu səbəbdən Paşinyan Əliyevin istənilən, hətta yarımçıq sazişə imza atacağını zənn edirdi. Ancaq İlham Əliyev Ermənistanla yarımçıq sazişi nəinki noyabra qədər, hətta ilin sonuna qədər imzalanmasına maraq göstərmədi və bu mövzunu COP29 tədbirindən ayrı tutdu. Paşinyan yanıldığını anladı. İndi o Bakı ilə mətni tam hazır olmayan sazişi noyabra qədər imzalamaq üçün tələsir, bunun iki ölkə arasında barışıq üçün şans olduğunu düşünür”. 

 

Politoloq qeyd edib ki, Ermənistan konstitusiyasına dəyişiklik etməsə, sülh sazişi imzalana bilməz:

 

“Ermənistan xarici işlər nazirliyinin sözçüsü Ani Badalyanın “Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Fəaliyyəti Sammitinə (COP29) qədər Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edirik” ifadəsi Paşinyanın diqtəsi ilə yazılıb. COP29 tədbirinə az qalıb. Paşinyan sazişin həmin tədbirə qədər imzalanmasında və özünün də Bakıya gəlib həmin tədbirdə iştirakında bu qədər maraqlıdırsa, Konstitusiya dəyişikliyinə getməlidir. Bunsuz sülh sazişinin imzalanması mümkün olmayacaq”.


 
Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...