İsrailin İrana cavab zərbəsi niyə gecikir və ABŞ-nin planı nədir? - AÇIQLAMA

İsrailin İrana cavab zərbəsi niyə gecikir və ABŞ-nin planı nədir? - AÇIQLAMA

İranın İsrailə raket hücumundan sonra bütün diqqətlər Təl-Əvivin anonsunu verdiyi cavab zərbəsinə yönəlmişdi. Lakin günlərdir, bu cavab baş tutmur, heç bir zərbə endirilmir. 

 

Maraqlıdır, İsrail İrana cavab zərbəsi vuracaqmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, İsrailin İrana cavab zərbəsi olacaq, çünki söhbət İsrail dövləti və onu idarə edən Netanyahu hökumətinin imicindən gedir:

 

“Ancaq məsələnin ləngiməsindən çox, zərbənin hansı səviyyədə olması ilə bağlı veriləcək qərar önəmlidir. Bununla əlaqəli ABŞ öz xüsusi nümayəndəsini İsrailə göndərib və bu məsələ ciddi müzakirə olunur. Hətta İsrailə məhdud sayda, xüsusilə də neft və nüvə obyektlərinə zərbə endirilmədiyi təqdirdə müəyyən güzəşt vədləri verilir. Yəni həm texniki, həm maliyyə cəhətdən İsrailə yardımların oluna biləcəyi vədi var. Lakin ABŞ yeni bir müharibənin başlamasında maraqlı görünmür. Çünki seçkilər öncəsi belə bir münaqişənin başlaması bu illər ərzində Bayden administrasiyasının ən böyük uğursuzluğu kimi dəyərləndiriləcək. Yaxın Şərqdə HƏMAS-la İsrail arasında sülhün təmin olunması kontenkstində uzunmüddətli bir atəşkəs razılaşması layihəsi hazırlanmışdı. Ancaq ABŞ buna nail ola bilmədi, hətta bu məsələ bir az böyüyərək qonşu Livan dövlətinə sıçradı”.

 

Politoloq bildirdi ki, ABŞ indiki vəziyyətdə müharibənin olmasının əleyhinədir:

 

“Nəzərə almaq lazımdır ki, Netanyahu hakimiyyəti Bayden administrasiyasından daha çox Respublikaçıların namizədi olan Donald Trampa üstünlük verir. Çünki Netanyahu-Tramp dostluğu var. Bu mənada o, Benyaminə daha birmənalı və qətiyyətli dəstək verir, onun tərəfdarı kimi çıxış edir. Seçki öncəsi belə bir müharibənin başlaması isə Trampın xeyrinə olardı. Bunu Demokratlar da anlayır. Ona görə də Vaşinqton İsrail hökumətinə təzyiq edir ki, bu cavab əməliyyatı daha məhdud səviyyədə həyata keçirilsin. Qeyd etdiyim kimi, xüsusilə də neft və nüvə obyektləri vurulmasın, çünki bu hal dərhal adekvat cavabı ortaya qoyacaq. Bu da regionda yeni müharibənin alovlanmasına yol açacaq.  İsrailin cavabı olacaq, ancaq hansı səviyyədə olması İsrail-İran münasibətlərinin perspektivlərini müəyyən edəcək. Əgər məhdud sayda olacaqsa, İran buna dərhal reaksiya verməyəcək və yenidən qarşıdurma səngiyəcək. Yalnız İsraillə qarşıdurma proksi qüvvələr səviyyəsində olacaq. Yəni HƏMAS, Hizbullah, Suriya və digər bölgələrdə dirənişlər davam edəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...