Asim Xudiyev UEFA-dan təyinat aldı

Asim Xudiyev UEFA-dan təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb.

 

Sfera.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turunda keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

 

Azərbaycan millisinin də yer aldığı C Liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.


OXŞAR XƏBƏRLƏR