Azərbaycanda təşkilatlar COP29-a necə hazırlaşırlar? - SORĞU

Azərbaycanda təşkilatlar COP29-a necə hazırlaşırlar? - SORĞU

Bildiyimiz kimi, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri keçiriləcək. Ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq. İştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən böyük tədbirdir. Bu beynəlxaq tədbirin təşkilində demək olar ki, hər bir sahənin üzərinə məsuliyyət düşür. Belə ki, COP29-la bağlı iş görən, xidmət göstərən qeyri-rezident fiziki şəxslər martın 1-dən etibarən 9 ay ərzində gəlir vergisindən azad olunur, bir sıra mərkəzi küçələrdə xüsusi COP29 nəqliyyat zolaqları salınır. Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəbləri distant təhsilə keçiriləcək.

 

Qeyd edək ki, COP29-un keçirilməsi üçün Bakı Olimpiya Stadionu seçilib. COP29-un BMT tərəfindən təşkil olunan rəsmi hissəsindən əlavə, COP29-un ev sahibi Azərbaycan beynəlxalq ictimaiyyətə və vətəndaş cəmiyyətinin üzvlərinə həll yolları və inkişaf istiqamətləri təqdim etmək imkanı verir. Belə ki, təşkilatlar tədbirin keçiriləcəyi məkandakı Yaşıl Zonada təmsil oluna bilərlər. Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən platforma www.cop29greenzone.com vasitəsilə rəsmi müraciətlərini təqdim edə bilərlər. Yaşıl Zona ilə bağlı yarana biləcək sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına öz sorğularını yönləndirə bilərlər.

 

Bəs ölkəmizdəki təşkilatlar COP29-a necə hazırlaşır və Yaşıl Zonada təmsil olunacaqlarmı?

 

Sfera.az bu barədə sorğu keçirib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayevin sözlərinə görə, universitetin stendlə təmsil olunması ilə bağlı məsələ hələ gündəmdə deyil, lakin qərar qəbul oluna da bilər:

 

“COP29 müstəqil Azərbaycan tarixində ən böyük və ən mütəşəkkil beynəlxalq tədbirlərdən biridir. Bütün ölkə üzrə struktur və bölmələr, xüsusilə təhsil müəssisələri bu qlobal konfransa böyük diqqət göstərir. O cümlədən, Azərbaycan Memarlıq və İnşaat Universiteti də COP29-a diqqətlə yanaşır və sistemli işlər həyata keçirir. Qeyd edim ki, AzMİU-da iqlim dəyişikliyi, binanın istilik effektivliyinin artırılması, yaşıl enerji ilə bağlı məsələlər, ekologiya mühəndisliyi, meliorasiya mühəndisliyi kimi bir sıra ixtisas kafedralar və laboratoriyalar COP29-un əhatə etdiyi mövzularla sıx əlaqədədir. Bu barədə il boyu AzMİU-da silsilə tədbirlər təşkil olunub, konfranslar keçirilib, məqalələr yazılıb və tədqiqatlar aparılıb”. 

 

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova qeyd edib ki, indiyədək ADA Universitetində COP29-la bağlı bir çox tədbir keçirilib, məhz noyabr ayında isə 10-dək tədbir planlaşdırılıb: 

 

“ADA Universiteti bu ölkə əhəmiyyətli tədbirin keçirilməsini dəstəkləyir. ADA İcmasının üzvləri sözügüdən mövzu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirlər. Həmçinin ADA Universiteti “COP29-un Elmi Şurası” statusunu qazanıb. Rektor Hafiz Paşayevin həmsədri olduğu “COP29 Elmi Şurası” müxtəlif regionlardan olan elm adamlarını, iqlim məsələləri üzrə ekspertləri bir araya gətirir və qlobal iqlim çağırışlarının həllində əməkdaşlığı və birgə innovativ həllərin irəli sürülməsini təşviq edir”.

 

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanova bildirib ki, Azərbaycan Universitetinin rektorun əmri ilə təsdiq edilmiş tədbirlər planı var və 2024-cü il aprel ayından başlayaraq həyata keçirilir: 

 

“Tədbirlər planına əsasən il ərzində COP29-a həsr olunmuş xüsusi mühazirələr təşkil olunub, tələbə elmi işi müsabiqəsi, bilik yarışı, simulyasiya tədbiri, elmi praktik seminar keçirilib və tədbirlər növbəti aylarda da davam edəcək”.

 

Qarabağ Universitetinin mətbuat katibi Aytən Quliyevanın sözlərinə görə, təmsil olunmaq ilə bağlı məsələ hələ ki universitetin gündəmində deyil:

 

“COP29 barədə həyata keçiriləcək plan rəhbərlik səviyyəsində müzakirə olunmalıdır. Yekun bir qərar olduqda ictimaiyyətə məlumat veriləcək”.

 

"Azersun Holding" MMC isə məlumatda bildirib ki, yaxın günlərdə COP29-da iştirak və digər detallarla bağlı məlumatlar bütün media ilə bölüşüləcək.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...