"Onların oynadıqları oyun nəinki Ermənistan, həm də region üçün təhlükədir" - ŞƏRH

"Onların oynadıqları oyun nəinki Ermənistan, həm də region üçün təhlükədir" - ŞƏRH

“Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”. Bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə deyib. Buna şübhə etmədiyini bildirən dövlət başçısı, “Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər”,  vurğulayıb.

 

Bu konteksdə maraqlıdır, Qərb dövlətlərinin addımları hansı nəticələrə səbəb ola bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Cənubi Qafqazda bu gün yeni reallıqlar yaranıb və bunun müəllifi rəsmi Bakıdır:

 

“Uzun müddət bir çox Qərb dövlətləri, o cümlədən Fransa bu reallıqların yaranmasına mane olmaq istəyirdi və işğalın davam etməsinə çalışırdılar.  Azərbaycan təkbaşına beynəlxalq hüququn tələblərini yerinə yetirməklə yanaşı, həm də Qərb dövlətlərinin riyakar arzularını ürəklərində qoydu. Bu gün isə bölgədə tamam fərqli reallıqlar var və bu, Cənubi Qafqazda nəhayət sülh və sabitliyin, o cümlədən əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Bu dəfə də Qərb dövlətləri prosesə mane olmağa çalışırlar. Ermənistan üzərindən çirkin oyunlar qurulur”.l

 

Müsahibimiz bildirib ki, Ermənistanın hərbi-siyasi təxribatlarının arxasında məhz Qərb dövlətləri dayanır:

 

“Bu havadarlar, onların oynadıqları oyun nəinki Ermənistan, həm də region üçün təhlükədir. Amma bölgədə növbəti hərəkətlənmə olarsa, ən çox “dağıntı altında qalan” bu ölkə olacaq. Ermənistan bunu başa düşməli, nə qədər ki gec deyil, siyasi iradə nümayiş etdirib Azərbaycanın tələblərini yerinə yetirərək sülh sazişi imzalamalıdır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...