Gədəbəydə evdə PARTLAYIŞ: gənc qadın xəsarət aldı

Hadisə
09:10 / 07.10.2024
2277
Gədəbəy rayonunun Parakənd kəndində vanna otağında qaz sızmasından partlayış olub.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü A.Cəfərova ağır yanıq xəsarətləri alıb.
O, əvvəlcə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədə yerləşən xəstəxanlaradan birinə aparılıb.
A.Cəfərovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.