Bakı sakini bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Hadisə
07:30 / 07.10.2024
2460
Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanıb.
Sfera.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Cəfərov Şahpur Yusif oğlu dava zamanı hələlik naməlum olan şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub və hazırda vəziyyəti ağır olaraq qalır.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.