Toy videolarını 57 il sonra internetdə tapdılar - FOTO

Toy videolarını 57 il sonra internetdə tapdılar - FOTO

Avstraliyalı cütlük 57 il əvvəl cəmi bir dəfə baxdıqları toy videosunu daha sonra itiriblər. Lakin bu yaxınlarda itən video viral olub.

 

Sfera.az bildirir ki, Eileen Turnbull “Facebook” qruplarından birinə qoşulub və cəmi 5 dəqiqədən sonra tapdığı şeydən heyrətə gəlib. Qrupda onun həyat yoldaşı ilə 57 il ərzində görmədiyi toydan şəkillər olub. 

 

Şotlandiyalı Terri Çayn uzun illərdir ki, çoxlu sayda kadrlar toplayır və əksəriyyətini özü idarə edir. 2024-cü ilin aprelində o, birdən tanımadığı iki nəfəri görəndə kolleksiyasını DVD-yə köçürmək qərarına gəlib.

 

O, cütlüyü tapmağa çalışmaq üçün “Facebook” sosial şəbəkəsindəki qrupların birində videodan bir şəkil yerləşdirmək qərarına gəlib. Lakin altı ay ərzində videodakı insanları tanımağa kömək edəcək heç bir ipucu tapılmayıb.

 

Bu yaxınlarda fotoşəkil Şotlandiyanın Aberdin şəhərində yerli sakinlərin toplaşdığı başqa bir qrupda da paylaşılıb. Xoşbəxtlikdən onu cəmi 5 dəqiqə əvvəl “Facebook” qrupa üzv olan 77 yaşlı Eileen Turnbull görüb. O, əri ilə birlikdə Avstraliyada yaşayır.

 

 

77 yaşlı Eileen və Bill 1967-ci ildə Şotlandiyada evlənərək, daha sonra başqa qitəyə köçüblər. Bu müddət ərzində onlar yalnız bir dəfə toy videolarına baxa biliblər. İtən kasseti axtararkən onu icarəyə götürdükləri proyektorda unutduqlarını öyrəniblər. Beləliklə, kadrlar uzun illər ərzində yoxa çıxıb,əlavə nüsxəsi də olmayıb.

 

"Mən Terri ilə əlaqə saxladım və hər şey dəqiqləşdi. Onun əmisi toydan sonra filmə baxmaq üçün proyektor götürdüyümüz adam idi. O, həyat yoldaşımla bir yerdə işləyirdi" - deyə qadın hekayəni davam etdirir.

 

Terri toy videosunun rəqəmsal surətini Avstraliyadakı ailəyə göndərib. Eileen deyir ki, ana və atasını təkcə fotoşəkildə deyil, həm də hərəkətli görmək onun üçün çox qəribə olub.

 

"Həyat yoldaşım həm də 100 yaşında vəfat edən baba və nənəsini də yenidən görmüş oldu" - deyə qadın jurnalistlərə bildirib.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...