Bakı-Qazax yolunda qəza: piyada öldü

Hadisə
18:44 / 05.10.2024
7177
Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.