İstanbulda həyat bahalaşır - Bir ailənin yaşaması üçün nə qədər pul lazımdır?
İstanbul Planlaşdırma Agentliyinin məlumatlarına görə, Türkiyənin ən böyük şəhəri olan İstanbulda sentyabrda dörd nəfərlik bir ailənin orta yaşayış xərcləri bir əvvəlki aya görə 3,62 faiz artaraq 71 min 431 lirəyə (3550 manat) çatıb.
Sfera.az xəbər verir ki, ötən illə müqayisədə xərclərdə artım 60,30 faiz olub. 2023-cü ilin sentyabrında dörd nəfərlik ailənin minimum səviyyədə yaşaya bilməsi üçün 44 min 644 lirə (2760 manat) tələb olunurdu.
Türkiyədə yüksək inflyasiya səbəbindən istehlak xərclərində sürətli artım var. Amma İstanbulda bahalaşma daha güclü olduğundan əhalinin xərcləri digər regionlara nisbətən daha böyük fərqlə artır.
Xüsusən pullu xidmətlərin, o cümlədən kirayə, təhsil, ictimai nəqliyyat və digər xidmətlərdə xərlcərin İstanbulda digər regionlara nisbətən sürətlə artması müşahidə edilir.
Vasif