"NATO Ukraynaya öldürücü silahlar verməyə..." - Stoltenberq peşman olduğunu AÇIQLADI

"NATO Ukraynaya öldürücü silahlar verməyə..." - Stoltenberq peşman olduğunu AÇIQLADI

"NATO-nun avropalı üzvləri hərbi potensiallarına görə Rusiyadan geridədirlər və bu geriliyi müdafiə xərclərini artırmaqla kompensasiya etməlidirlər".

 

Sfera.az xəbər verir ki, bunu NATO-nun keçmiş Baş katibi (2014-2024) Yens Stoltenberq “The Financial Times”a müsahibəsində bildirib.

 

O, Avropa ölkələrinin potensial münaqişəyə yüksək hazırlıq vəziyyətində olan silah, texnika və əsgərlərinin çox az olmasından şikayətlənib.

 

Stoltenberq bildirib ki, Moskva da bu vəziyyətdən xəbərdardır.

 

Alyansın keçmiş Baş katibi "ən çox nəyə peşman olmusunuz?" sualına "NATO Ukraynaya öldürücü silahlar verməyə daha əvvəl başlamalı idi" cavabını verib. O iddia edib ki, tədarüklər 2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl həyata keçirilməli idi, lakin əksər müttəfiqlər nəticələrdən çox qorxurdular. 

 

Stoltenberqin sözlərinə görə, Ukraynada daha müasir silahların olması Rusiya ilə münaqişənin qarşısını ala bilər və ya Rusiya ordusunun döyüş tapşırıqlarını yerinə yetirməsini ən azı xeyli çətinləşdirə bilərdi.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...