“Astan Şahverdiyevin mandatı ləğv edilməlidir”

“Astan Şahverdiyevin mandatı ləğv edilməlidir”

Hafiz Hacıyev: "Onun bu xalqı təmsil etməyə haqqı yoxdur”

Məlum olduğu kimi, millət vəkili Astan Şahverdiyev Biləsuvarda etiraz aksiyası keçirən cəbrayıllılar haqqında "cəmiyyətin tör-töküntüləri” ifadəsini işlədib. Bundan başqa, millət vəkili Rusiyaya gedən soydaşlarımımızı da "otxod” adlandırıb. 

Maraqlıdr, millət vəkilinin təmsil etdiyi insanlar haqqında bu cür təhqiramiz ifadələr işlətməsi nə dərəcədə normaldır? Bu açıqlamadan sonra Astan Şahverdiyevin mandatının əlindən alınması məsələsi ortaya qoyula bilərmi?

Sfera.az bildirir ki, Politika.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev A.Şahverdiyevin mandatdan dərhal məhrum edilməli olduğunu vurğulayıb:

"Təbii ki, A.Şahverdiyevin mandatı ləğv edilməlidir. Çünki o, bu açıqlaması ilə sübut etdi ki, bu xalqı təmsil etməyə mənəvi haqqı yoxdur. Bu şəxs dolana bilməyən, işıqsız-qazsız qalan vətəndaşların öz haqqını müdafiə etməsinə təhqiredici don geyindirir, onları aşağılayır. 

Hesab edirəm ki, A.Şahverdiyev bu millət, bu millətin təmsilçiləri haqqında səsləndirdiyi məsuliyyətsiz fikirlərə görə cavab verməlidir. Yalnız o deyil, onu himayə edən, arxasında duran şəxslər, qüvvələr də buna görə cəzalandırılmalıdır. Şəxsən mən bu qüvvələrin aşkara çıxarılıb cəzalanmasını zəruri hesab edirəm”.


OXŞAR XƏBƏRLƏR

Ruben Vardanyan sualları cavablandırmadı

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terro...

XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanatda bi...

Apteklər onlara spirt satmayacaq!

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu ərazisində 15 nəfər apteklərdə satılan etil spirtindən zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, bu...

Nurlana Məmmədzadə baş katib vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edilib.   Sfera.az "Unikal"a istinadən məlumat verir ki, Nurlana Məmmədz...

”Fransa hər zaman ermənilərdən öz məqsədləri üçün istifadə edib” – VİDEO

“Fransanın ermənilərə sevgisinin tarixi çox qədimdir. Rəsmi Paris hər zaman ermənilərdən müəyyən məqsədlər üçün istifadə edib.”- bu fikirləri Baku T...

Ağacları qanunsuz kəsdilər: cinayət işi açıldı

Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, fakta görə Sabunçu RPİ-n...