"Qarabağ”ın sabiq futbolçusu: "Komanda ötənilki oyununu göstərmir"


"Qarabağ”ın sabiq futbolçusu: "Komanda ötənilki oyununu göstərmir"

Subyektiv fikrimdir, komanda ötənilki oyununu göstərmir.

 

Bunu Sfera.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Təbriz Həsənov Ağdam təmsilçisinin UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Malmö” ilə Bakıda keçirilən matçı barədə danışarkən deyib.

 

O, komandadan əvvəlki oyunu görmədiyini söyləyib:

 

“Qarabağ” gözəl oyunu ilə bizi qələbələrə o qədər öyrəşdirib ki, bəlkə də komandadan çox şey gözləyirik. Ardıcıl uğursuzluqlar “Dinamo” ilə matçdan sonra başladı. Halbuki ildən-ilə daha yaxşı olacağını düşünürdüm. Ötənilki təcrübələr daha faydalı olmalı idi. “Malmö” ilə matçın hesabını bir kənara qoyaq. Əvvəllər rəqibi meydanın özünə aid hissəsindən çıxmağa qoymayan, hücumda hər zaman pressinq edən “Qarabağ”ı indi görmürük. Sanki bu dəfə İsveç komandası diqtə edirdi. Yəqin ki, baş məşqçi və köməkçiləri bir qərar verəcəklər. Əfsuslar olsun ki, nə gözlədiyimiz oyunu, nə də hesabı gördük”.

 

Hazırda “Sabah” klubunda koordinator kimi fəaliyyət göstərən T.Həsənov oktyabrın 24-də “Ayaks”la (Niderland) Bakıda keçiriləcək III turun oyunu barədə də danışıb:

 

“Ayaks” “Malmö”dən daha sürətli komandadır. “Qarabağ”a çətin olacaq. Ümidvaram ki, Qurban Qurbanov başda olmaqla komanda çətin durumdan çıxacaq. Əvvəlki dominant oyunu görmək istəyirik. Amma “Ayaks”ı nəzərə alsaq, dominantlıq etmələri çətin olacaq. Sanki rəqiblər əvvəl “Qarabağ”ı ciddi təhlil etmirdilər. Ancaq ad-san qazandıqdan sonra, düşünürəm ki, komandanı xırdalığına qədər incələyirlər".

 

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda Bakıda "Malmö"yə 1:2 hesabı ilə məğlub olub.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...