Aİ rəsmisindən Gürcüstanla bağlı ŞOK AÇIQLAMA
Avropa İttifaqı Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskiyə istinadən məlumat yayıb.
Aİ rəsmisi bu addıma Gürcüstan demokratiyadan uzaqlaşmağa davam etdiyi təqdirdə gediləcəyini bildirib. Diplomat qeyd edib ki, Brüssel Gürcüstanın oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq istənilən hökuməti ilə seçkilərin demokratik keçirilməsi şərtilə əməkdaşlığa hazırdır. Səfir həmçinin xəbərdarlıq edib ki, əgər orada siyasi müxalifətsiz birpartiyalı sistem qurularsa, Gürcüstan Aİ-yə üzv ola bilməyəcək.
Qerçinski Tiflisdə jurnalistlərə deyib: “Hələlik mövqe budur ki, əgər seçkilərlə bağlı işlər həqiqətən də pis gedərsə, gələcəkdə sanksiyaların tətbiqi ehtimalı var”.
Diplomatın sözlərinə görə, hazırkı Gürcüstan hökumətinin “qeyri-dost” münasibəti səbəbindən Aİ nümayəndələri iyun ayından bəri Gürcüstan hökuməti ilə görüş keçirməyiblər. Gürcüstan hökumətinin “anti-Qərb və anti-Avropa hekayələrini” dəstəkləməyə başlamasından sonra dialoq dayandırılıb.