Samir Şərifov istefa vermək istəyir

Samir Şərifov istefa vermək istəyir
Son günlər maliyyə naziri Samir Şərifovun və onun rəhbərlik etdiyi Maliyyə Nazirliyinin fəaliyyətindəki ciddi nöqsanlarla bağlı araşdırmalara başlanıldığı haqda məlumatlat intensivləşib. Həmin məlumatlarda iddia olunur ki, Azərbaycan Hesablama Palatası Maliyyə Nazirliyində əsaslı yoxlamalara başlayıb.

Həmin yoxlamaların "növbədənkənar və təcili” olduğu vurğulanan həmin məlumatın ardınca isə bu təftişlərin təsadüfi olmadığı və konkret olaraq Samir Şərifovun çökdürülməsinə hesablandığlı bildirilir. Maraqlıdır, bəs Samir Şərifovun gözlənilmədən hakimiyyət üçün "arzuolunmaz şəxs” statusu qazanmasının sirri nədədir?

Savash.org mövzuyla bağlı əldə etdiyi informasiyaların təlilini və olayla bağlı ehtimallarını oxucuları ilə bölüşür. Hər şeydən öncə bir məqamın xüsusi vurğulanmağa ehtiyacı var ki, əslində Samir Şərifovun "vurulma” kampaniyası nə qədər də "gözlənilməz” effekti yaratsa da proses gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Samir Şərifov üst qatda özünü nə qədər "sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi. Özü haqda "islahatçı nazir”, "qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.

Diqqətli oxucular xatırlamamış olmaz və o qədər də uzaq keçmiş deyil ki, Samir Şərifov parlamentdə baş nazirin əvəzinə hökumətin hesabatlarını təqdim edir, hökumətə ünvanlı suallara məhz o cavab verir və faktiki baş nazir postunu icra etməsi görüntüsü yaratmağa çalışırdı. Bu baxımdan yalnız bir məqamı qabartmağa lüzum görürük ki, bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi ki, bu da bir daha diqqətləri onun üzərinə cəmləmişdi.

Bu və digər məqamların nəzərə alınması isə Samir Şərifov haqqında "ikinci Fərhad Əliyev” obrazının yaranması ilə nəticələnib. Bu obraz Samir Şərifova Qərbin siyasi dairələrində müəyyən üstünlüklər qazandırsa da, bu amilin onun sıxışdırılmasında ştrixlərdən biri olması da unudulmamalıdır.

Savash.org altını cızaraq xatırladır ki, Samir Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz "MTN işi” prosesindən sonra start götürdü. Belə ki, məhkəmə ifadələrində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhz maliyyə nazirini hədəf seçməsi Samir Şərifov üçün "soyuq duş” effekti idi. Sözügedən prosesin Samir Şərifovun sonunu gətirəcək mümkün inkişafı haqda növbəti yazımızda geniş bəhs edəcəyik. İndilik isə daha vacib bildiyimiz informasiya ilə tanışlığa keçək.

Əldə etdiyimiz məlumata görə, Samir Şərifov ətrafında cərayan edən proseslərdən ciddi şəkildə narahatdır. Yalnız cüzi hissəsini bildiyimiz, əhəmiyyətli hissəsini isə bilmədiyimiz həmin qorxu səbəbindən isə maliyyə naziri "sudan quru çıxmaq” taktikasını seçib. Belə ki, hakimiyyətin daha üst yetkililərinə istefaya getməyə hazır olduğunu bəyan edən Samir Şərifov ən çox çəkindiyi "yox” cavabını alıb. Hazırda Samir Şərifov üçün ən yaxşı çıxış yolunun vəzifəsini itirməklə canını qurtarmaq olduğunu söyləyən mənbənin sözlərinə görə, ona başa salınıb ki, bu imkandan məhrumdur və onun fəaliyyətindəki bütün şübhəli məqamlar ciddi şəkildə araşdırılacaq.

Məsələ diqqətimizdədir və mövzuya qayıdacağıq.

Savash.org

OXŞAR XƏBƏRLƏR

Ruben Vardanyan sualları cavablandırmadı

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terro...

XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanatda bi...

Apteklər onlara spirt satmayacaq!

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu ərazisində 15 nəfər apteklərdə satılan etil spirtindən zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, bu...

Nurlana Məmmədzadə baş katib vəzifəsindən AZAD EDİLDİ

Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edilib.   Sfera.az "Unikal"a istinadən məlumat verir ki, Nurlana Məmmədz...

”Fransa hər zaman ermənilərdən öz məqsədləri üçün istifadə edib” – VİDEO

“Fransanın ermənilərə sevgisinin tarixi çox qədimdir. Rəsmi Paris hər zaman ermənilərdən müəyyən məqsədlər üçün istifadə edib.”- bu fikirləri Baku T...

Ağacları qanunsuz kəsdilər: cinayət işi açıldı

Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, fakta görə Sabunçu RPİ-n...