Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

Qadınları eybəcər göstərən geyim səhvləri - Bu tərzlərdən UZAQ DURUN!

Qadınların əksəriyyəti gözəl görünmək üçün moda ilə ayaqlaşmağa çalışırlar. Amma bu zaman bəzi səhvlərə yol verirlər.

 

Sfera.az ən geniş yayılmış moda səhvlərini təqdi edir:

 

Keçmişdə qalmaq - Keçmişdə dəbdə olan parçalardan tikilən geyimlər hələ də öz cəlbediciliyini qoruyur. Ancaq bu geyimləri müasir tərzlərə uyğunlaşdırmaq vacibdir.

 

Yalnış ölçü seçimi - Qadınların əksəriyyəti öz bədənlərinə uyğun geyinmirlər. Həddindən artıq dar və ya boş paltarlar zərifliyi itirir. Bədən ölçülərinə uyğun, eyni zamanda rahat hərəkət edə biləcək geyimlər seçilməlidir.

 

Trendlə uyğunlaşmaq - Dəb tendensiyaları ilə ayaqlaşmaq vacibdir. Ancaq bəziləri trendlərə aludəçi olaraq öz geyim üslublarını itirirlər. Doğru addım isə trendləri öz geyim tərzinizə uyğunlaşdırmaqdır.

 

Dekoltenin çox olması - Dekolte hər qadında gözəl görünür və onu olduğundan daha cəlbedici göstərir. Amma dekolte həddi aşdıqda bütün cazibə yox olur.

 

Rəng uyğunsuzluğu - Bir-birini tamamlamayan rənglər göz yorur və xoş olmayan görüntü yaradır. Məhz bu baxımdan ahəngdar rənglərə üstünlük verilməlidir.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR